AZ

Kişi şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında son görüşlərini keçirib

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib. SİA-nın məlumatına görə, XI turda Braziliya ilə üz-üzə gələ yığma 3:1 hesablı qələbə qazanıb.

Aydın Süleymanlı - Luiz Paolo Supi 0,5:0,5
Nicat Abasov - Alexander Fier 0,5:0,5
Rauf Məmmədov - Renato Quintiliano 1:0
Şəhriyar Məmmədyarov - Dieqo Di Berardino 1:0

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
22
sia.az

10Mənbələr