AZ

Milli Məclisin sədrinin və müavinlərinin kim olacağı bilindi — ADLAR

Yeni tərkibdə formalaşan Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədr müavinlərinin və bəzi komitə sədrlərinin adları müəyyənləşib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin Sədri əvvəlki illərdə olduğu kimi, Sahibə Qafarova olacaq. 

Sahibə Qafarovanın birinci müavini Əli Hüseynli vəzifəsindən gedəcək. Onu Baş nazirin müavini Əli Əhmədov əvəzləyəcək. Milli Məclisin Sədrinin birinci müavini təyin ediləcək Əli Əhmədovun eyni zamanda, Regional məsələlər komitəsinə də rəhbərlik edəcəyi gözlənilir.

Milli Məclis Sədrinin digər müavini Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc olacaq. O, bu postda sabiq müavin Adil Əliyevi əvəzləyəcək. Milli Məclis Sədrinin bir digər müavini isə professor Fəzail İbrahimli olacaq.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa da vəzifəsindən gedəcək. Onu bu vəzifədə parlamentə yeni deputat seçilən Günay Əfəndiyeva əvəz edəcək.

Parlamentin digər komitə sədrinin də vəzifəsinə aydınlıq gəlib. Bu, Ailə, qadın və uşaq məsələləri komitəsidir. Bu komitədə yeni sədr Mehriban Vəliyeva olacaq. O, bu postda Hicran Hüseynovanı əvəzləyəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
demokrat.az

5Mənbələr