Bərdədə köhnə məktəb binasında yanğın hadisəsi baş verib
Hadisə Birinci Qaradəmirçi kəndində qeydə alınıb.
Laçın rayonundan olan, məktəb binasında məcburi köçkün kimi məskunlaşan şəxsin yaşadığı otaqda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
Zərərçəkən Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Mənbə: report.az