AZ

Premyer Liqa: Tovuzda “Araz-Naxçıvan” üçün tarixi qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyunu “Turan Tovuz”la “Araz-Naxçıvan” arasında keçirilib. Tovuz şəhər stadionunda gerçəkləşən görüşün baş hakimi Elçin Məsiyev olub.

Bu, “Turan Tovuz”la “Araz-Naxçıvan”ın Premyer Liqa çərçivəsində 5-ci oyunu idi. Əvvəlki 4 oyunun hamısında “Turan Tovuz” qalib gəlmişdi. “Araz Naxçıvan” səfərdəki oyunlarda 2 top fərqilə uduzmuşdu.

Tovuz təmsilçisi bu mövsüm də inamlı çıxışı ilə diqqət çəkirdi. Komanda 6 oyuna topladığı 14 xalla hazırda 2-ci pillədə qərarlaşmışdı. Kurban Berdıyevin komandası doğma meydanda növbəti qəlbəsini rəsmiləşdirməklə yenidən zirvəyə yüksələ bilərdi.

Amma bu dəfə tam fərqli nəticə qeydə alınıb. Belə ki, “Araz-Naxçıvan” nəhayət ki, Tovuzdan qələbə ilə qayıtmağa nail olub. Bu, “Turan Tovuz”un cari mövsümdəki ilk məğlubiyyəti olub. Bununla da cari mövsümdə məğlubiyyətsiz komanda qalmayıb. Bu oyuna qədər məğlubiyyət tanımayan yeganə komanda məhz Tovuz klubu idi.

Premyer Liqa
7-ci tur
21 sentyabr

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:2
Qollar: Ayxan Hüseynov, 48 – Ramon Maçado, 44. Felipe Santos, 55.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Tovuz şəhər stadionu. 18:00.

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 19. Elçin Qasımov, 22. Nahid Əliyev, 25. Denis Marandiç, 6. Araş Qaderi.
Baş məşqçi: Kurban Berdiyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
9
arena.az

7Mənbələr