AZ

"Neftçi"dən antirekord

"Neftçi" tarixinin antirekorduna imza atıb. Matc.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib. Bu, Misli Premyer Liqasının cari mövsümündə gerçəkləşib. 7-ci turda "Qarabağ"a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun komandası startdakı 7 oyunda qələbə qazanmayıb. "Ağ-qaralar" bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb. Qeyd edək ki, "Neftçi" 7 turdan sonra 4 xal toplayıb.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
29
matc.az

10Mənbələr