AZ

Həmkəndlisinin evindən oğurluq edən Oğuz sakini saxlanıldı

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib. Ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb. O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
28
dogruxeber.az

10Mənbələr