AZ

Polis rəisi hakimi öz otağında qətlə yetirdi

ABŞ-ın Kentukki ştatının Letçer şəhərində hakim Kevin Mullins öz ofisində güllələnib.Gender.Az axar.az-a istinadən xəbər verir ki, onun ölümündə rayon polis rəisi Makkey Steyns ittiham olunur.ABŞ mediasının məlumatına görə, polis rəisi Steyns Mallinslə təkbətək danışması lazım olduğunu deyərək, hər kəsdən otağı tərk etməyi xahiş edib. Onlar qapını bağlayıblar, bir müddət sonra atəş açılıb.Steyns ofisdən əllərini yuxarı qaldıraraq çıxıb və polisə təslim olub.Qətlin motivləri hələlik dəqiqləşdirilməyib. "Assoşeyted Press" yazıb ki, qətlə səbəb polis rəisi ilə hakim arasında məhkəmə binasında baş verən mübahisə ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
6
gender.az

7Mənbələr