Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkələrdə bildirib ki, o, Ali Baş Komandanla görüş keçirib, burada ölkənin enerji obyektlərinin mühafizəsi müzakirə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Biz obyektlərin mühəndis mühafizəsinin vəziyyətini və istehkamların tamamlanma qrafikini nəzərdən keçirdik",- deyə qeyd olunub.
O, həmçinin bildirib ki, elektron müharibə və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, o cümlədən Kiyevin yaxın gələcəkdə gözlədiyi Patriot sistemlərinin nəzərdən keçirilməsi müzakirə olunub.
Zelenski həmçinin bildirib ki, Ukraynada raket, pilotsuz uçan aparat və elektron döyüş avadanlıqlarının istehsalı ilə bağlı qərarlar verilib.