AZ

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini TƏSDİQLƏDİ

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü iltarixdə keçirilmiş seçkilərə dair sentyabrın 20-də Naxçıvan MuxtarRespublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasındaiclası olub. Seçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası AliMəhkəməsinin qərarı ilə bütövlükdə təsdiq edilib.

Trend bu barədə muxtarrespublikanın Ali Məhkəməsinə istinadən xəbər verir.

İclası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədriSəadət Bəktaşi açaraq bildirib ki, Naxçıvan Muxtar RespublikasıKonstitusiyasının 16-cı maddəsinə uyğun olaraq Naxçıvan MuxtarRespublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallarüzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü ilsentyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınаdair işə konstitusiya icraatı qaydasında baxılır.

Sonra Ali Məhkəmənin hakimi Əli Allahverdiyev seçkilərinnəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair məruzə iləçıxış edib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədriƏkrəm Hüseynzadə iclasda çıxış edərək, seçkilərə hazırlıqprosesindən başlayaraq, son nəticələrə qədər həyata keçirilmişişlər barədə geniş məlumat verib.

Mütəxəssis qismində çıxış edən Naxçıvan Muxtar RespublikasıDövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev NaxçıvanMuxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssislərininyoxlama prosesində yaxından iştirak etdiyini vurğulayaraq,yoxlamanın yekununa dair tərtib olunmuş rəyi elan edib.

Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasıvə təsdiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası AliMəhkəməsinin qərarı elan olunub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
25
az.trend.az

10Mənbələr