AZ

QAİ İsveçrə Federal Məclisinin üzvlərinə çağırış edib

Bakı. Trend:

Qərbi Azərbaycan İcması olaraq, Erix Fontobel başda olmaqlaİsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkəninhökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri, məzmuncaAzərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtivaedən sorğusunu qınayırıq.

Trend-inməlumatına görə, bu barədə icmanın bəyanatında deyilir.

Həmin təşəbbüsdə Azərbaycana qarşı əsassız ittihamlarsəsləndirilir və ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayişetdirilir. Xüsusilə, ermənipərəst mövqedə dayanan, korrupsiyayabatmış LuisMoreno Okamponun qərəzli hesabatlarına istinad edilməsi,sorğunun əsl mahiyyətini üzə çıxarır.

İsveçrəli deputatlar heç vaxt Ermənistanın azərbaycanlılaraqarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərləazərbaycanlını qovmasına, Azərbaycan ərazilərini 30 il işğalaltında saxlayaraq əlavə 800 minə yaxın azərbaycanlını öz doğmatorpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnupozmasına dair narahatlıqlarını ifadə etməmişlər. Azərbaycanlılarınhüquqlarının kobud şəkildə pozulmasına və Ermənistanda, eləcə dəvaxtilə işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsininməqsədyönlü şəkildə dağıdılmasına qarşı susqunluq nümayiş etdirmək,İsveçrə parlamentarilərinin qərəzli mövqeyini açıq-aydıngöstərir.

İsveçrəli deputatların təhrif edilmiş məlumatlara əsaslanan butəşəbbüsü regionda sülh və sabitliyə zərbə vurur, etnikqarşıdurmaların qızışdırılmasına xidmət edir. Biz AzərbaycanRespublikasının ərazi bütövlüyü və suverenliyinə, eləcə də sülhəqarşı yönəlmiş, irqi ayrı-seçkiliyə yol verən bu cür təşəbbüsləriqətiyyətlə pisləyirik.

Biz, Qərbi Azərbaycan İcması olaraq, İsveçrə Federal Məclisininüzvlərini qərəzli və ədalətsiz təşəbbüslərdən imtina etməyə,Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına geriqayıtmaq hüququnu tanımağa və bu məsələdə beynəlxalq hüququntələblərinə uyğun hərəkət etməyə çağırırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
12
az.trend.az

10Mənbələr