AZ

HƏMAS rəhbərliyinin Qəzzadan təhlükəsiz çıxışına zəmanət verilir

HƏMAS

İsrail mətbuatı HƏMAS-ın yeni lideri Yəhya Sinvarla bağlı maraqlı iddia irəli sürüb.

Reyting.az
xəbər verir ki, iddiaya görə, Tel-Əviv administrasiyası HƏMAS-ın əlində olan bütün girovları azad etmək müqabilində Sinvara Qəzzadan təhlükəsiz çıxacağını vəd edib.

İsrail mediası yazır ki, Yəhya Sinvarla birlikdə Qəzzanı tərk etmək istəyən digər HƏMAS üzvlərinə də təhlükəsiz çıxış təklif olunub.
Təklifdə həmçinin İsrail həbsxanalarındakı fələstinli məhbusların azad edilməsi, Qəzzada yeni inzibati sistemin qurulması və Qəzzanın silahsızlaşdırılması da var.

Digər bir İsrail mediası bildirir ki, girovlara cavabdeh olan səfir planı amerikalılara çatdırıb, amerikalılar isə planı ərəb rəsmilərinə çatdıracaq.

İsrail mediası iddia edir ki, HƏMAS lideri Sinvar razılaşmadan sonra təhlükəsizliyi üçün ABŞ-dan zəmanət istəyib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
reyting.az

3Mənbələr