AZ

77 nömrəli avtobus niyə gec gəlir? - Sakinlərdən ETİRAZ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtın Yeni Yasamal qəsəbəsindən M.F. Axundov bağına gedən 77 nömrəli marşrut avtobusunun intervalının gecikməsi vətəndaşlarda narahatlıq yaradıb. Bu problem ilə bağlı qəsəbə sakinləri redaksiyamıza müraciət ediblər.
Sakinlərin sözlərinə görə, avtobuslarda interval problemi ilə yanaşı, pik saatlarda sıxlıq da müşahidə olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb:
"Sərnişin tələbatı nəzərə alınmaqla, 77 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik olaraq 18 avtobus 5 dəqiqəlik hərəkət intervalı ilə fəaliyyət göstərir. Paytaxtın A.M. Şərifzadə küçəsində yaradılan xüsusi hərəkət zolağı 77 nömrəli avtobusun da təyinat nöqtəsinə tez çatmasına müsbət təsir edib".
O əlavə edib ki, günün pik saatlarında avtobusun hərəkət etdiyi küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən marşrut xəttində ləngimələr yarana bilər.
Lalə Padarova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
oxu.az

10Mənbələr