AZ

Erməni irqçilər Böyük Britaniyanın XİN rəhbərinə hücum etdilər

ANC UK – Böyük Britaniyadakı ən böyük erməni lobbi təşkilatı – ölkənin xarici işlər naziri Devid Lemmiyə qarşı kampaniya başladıb.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, Lemmi 2023-cü ildə Azərbaycanın Qarabağdakı antiterror tədbirləri barədə danışarkən, “Azərbaycan 90-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib”, deyə xatırladıb.

Əlbəttə, ermənilər bu “zərbəyə” dözə bilmədilər. Artıq ANC UK sosial şəbəkələrdə britaniyalı siyasətçini “cinayət və soyqırımı” dəstəkləməkdə ittiham edən yazılar paylaşır. Şərhçilər isə naziri şiddətlə təhqir etməyə başlayıb. Onlardan bu cür aşağılamalardan başqa nə gözlənilə bilərdi ki?

Erməni revanşistləri arasında bu qarışıqlıq yalnız başlanğıcdır. Reallıqla barışmaq əvəzinə, onlar yalanlarını beynəlxalq cəmiyyətə çatdırmağa çalışırlar.

Lemminin sözləri isə əslində onu göstərir ki, dünya cəmiyyəti artıq Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Ermənistanın hadisələri necə şərh etməsi isə, demək olar ki, kimsəni maraqlandırmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
37
editor.az

10Mənbələr