AZ

Şəhid Murad Eyyubovun atası danışdı: "Hər gün Şəhidlər xiyabanına gəlib oğlumla danışıram"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hər gün Şəhidlər xiyabanına gəlib oğlumla danışıram. Sanki mənim yolumu gözləyir".
Bu sözləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olan Murad Eyyubovun atası Bəxtiyar Eyyubov deyib.
"Ən böyük arzusu hərbçi olmaq idi. Döyüş əsnasında yaralansa da, yenidən döyüşə qayıdıb. Komandirin təkidinə baxmayaraq, döyüşə davam edib. O, daim yaşayır. Murada təşəkkür edirəm ki, 18 il bizimlə yaşadı. Komandiri deyirdi ki, 18 yaşında olmasına baxmayaraq, Murad hərbi hissənin sütunu idi, hərbi kurslardan elə gözəl keçmişdi ki, biz elə bilirdik ki, əsgər yox, zabit yetişdirmişik", - deyə şəhidin atası bildirib.
Bəxtiyar Eyyubov oğlu ilə son görüşündən danışıb:
"Son görüşümüzdə məni bərk-bərk qucaqladı. Dedi - "ata, səndən ötrü çox darıxacağam".
Daha ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
oxu.az

10Mənbələr