AZ

Qazaxıstan vətəndaşları Türkiyədə 692 daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Qazaxıstan vətəndaşlarıTürkiyədə 692 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 309 obyekt azdır.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin avqust ayında Qazaxıstan vətəndaşlarıTürkiyədə 98 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqustayı ilə müqayisədə 43 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı iləmüqayisədə 9,9 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – avqust aylarında Türkiyədə806 min 317 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 1,1 faiz çoxdur.

2024-cü ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara 2 min257 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə26,2 faiz azdır.

Bu ilin yanvar – avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən25 min 68 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü iləmüqayisədə 40 faiz azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
7
az.trend.az

9Mənbələr