AZ

“Azvirt” qanunsuz işıqfor qoydurdu, cərimələndi- Məhkəmə

Dəfələrlə cərimələnən və qanunsuz olaraq yola işıqfor qoyduran “Azvirt” MMC növbəti dəfə yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnib.

Tribunainfo.az xəbər verir ki, Sabunçu rayonu Bəşir Bünyadov küçəsində yerləşən müəssisə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Azvirt” MMC Bəşir Bünyadov küçəsində magistral və intensiv hərəkət olmayan yolda ehtiyac yaranmadığı halda rəhbərliyin, əməkdaşlarının giriş-çıxışı üçün işıqfor qoyulmasına nail olub. Həmin işıqfor günün 24 saatı yaşıl işıqda olur, heç bir halda qırmızı işıq olmur, elə ki “Azvirt” MMC-dən kimsə maşını ilə darvazalardan çıxanda içəridə olan düymə basılır, istədiyi an işıqfor qırmızı olur, bu vaxt əsas yolda hərəkətdə olan maşınlar işıqforda dayanır, şirkət rəhbərliyi və əməkdaşları oradan çıxırlar.
Yol-nəqliyyat ekspertlərinin fikrincə, bu, qanunazidd addımdır və şirkətin təkəbbürlüyü, vətəndaşlara qarşı saymaz münasibətidir. Halbuki MMC-dən çıxan maşın sağ və solu gözləməklə istədiyi istiqamətə dönmə edə bilər.
Qeyd edək ki, “Azvirt” MMC ilə bağlı iş baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. 23 sentyabr tarixində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
tribunainfo.az

1Mənbələr