AZ

 "Yelkən Operating Company" MMC auditdən yayınmağa görə - MƏHKƏMƏYƏ VERİLİB

 "Yelkən Operating Company" MMC vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta üzrə cərimə oluna bilər.

FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
fed.az

10Mənbələr