AZ

İran Prezidenti Rusiya ilə vacib sənəd imzalayacaq

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Rusiya ilə strateji tərəfdaşlığına dair saziş imzalamaq niyyətindədir...

Poliqon oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zəhravənd məlumat verib.

"İranRusiya strateji əməkdaşlıq yolunda irəliləyirlər və cənab Pezeşkianın Rusiyaya qarşıdakı səfəri zamanı biz strateji tərəfdaşlıq sazişinin imzalanmasını görəcəyik", - deyə Zəhravənd bildirib.

Xatırladaq ki, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian dəfələrlə bəyan edib ki, Rusiya ilə tərəfdaşlıq İran üçün dünya təhlükəsizliyinin qarantıdır, ABŞ isə, əksinə, bu sahədə öz təsirini itirib.

Poliqon.info 


 
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
poliqon.info

10Mənbələr