AZ

COP29 zamanı Bakıda nəqliyyat problemi olmayacaq

İqlim konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə optimal­laşdırdığı nəqliyyat sxeminin tətbiqi üzrə işlər davam etdirilir.

Əməliyyat Şirkətinin mətbuat ofisin­dən aldığımız məlumata əsasən, böyük ziyarətçi axınının səmərəli idarə edilməsi, eləcə də konfransın keçirildiyi günlərdə paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin olunması məqsə­dilə icrası planlaşdırılan tədbirlər çərçi­vəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zo­laqlarının salınmasına başlanılıb. COP29 loqosunu əks etdirməklə işarələnən bu zo­laqlar sürətli və fasiləsiz hərəkətin reallaş­dırılması məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb. 

Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai nəqliyyat vasitələri və təd­birlə əlaqədar xüsusi icazələri olan nəqliy­yat vasitələri istifadə edəcək. Konfransa qədər isə müvafiq yol nişanları quraşdı­rılmayan zolaqlardan bütün nəqliyyat va­sitələri istifadə edə bilər.

Bundan əlavə, konfrans zamanı şəhərin müxtəlif əsas hissələrində, ümumilikdə, 14 nəqliyyat qovşağının təşkili planlaşdırılıb. Eyni zamanda, Bakı Stadionunun, şəhər metro stansiyalarının xəritəsi, hotel, yaşa­yış komplekslərinin sıx yerləşdiyi ərazilər və digər amillər nəzərə alınaraq planlaşdı­rılan nəqliyyat qovşaqları şəbəkəsi müxtə­lif marşrut və nəqliyyat sxemlərini özündə ehtiva edəcək. 

Sxemlər barədə hərəkət iştirakçıları davamlı olaraq məlumatlandırılacaq. Belə ki, bu qovşaqların strateji yerləşməsi istər qonaqların, istərsə də şəhər sakinlərinin müxtəlif növ nəqliyyat vasitələrinə rahat və maneəsiz çıxışını və təyinat nöqtə­sinə rahat çatmaları üçün sərf edilən za­manı minimallaşdıracaq. Təyin olunacaq əhatəli nəqliyyat marşrutları üzrə tədbir əməliyyatlarının səmərəli təşkili üçün yüzlərlə taksi və 400-ə yaxın avtobus, o cümlədən ekspres ictimai avtobuslar, xüsusi “konfrans avtobusları” və “hava limanı avtobusları”nın hərəkəti təşkil edilərək müntəzəm sərnişindaşıma xid­məti icra olunacaq. 

Nəqliyyat sxeminin tətbiqində əsas amillərdən biri də tədbirin keçiriləcəyi günlərdə vətəndaşların şəxsi avtomobil­lərindən istifadəni minimuma endirilməsi məqsədilə əlçatan və rahat alternativlərin gerçəkləşdirilməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
49
xalqqazeti.az

10Mənbələr