AZ

"Arsenal"ın futbolçusu ciddi zədə alıb

"Arsenal"ın müdafiəçisi Martin Edeqor ciddi zədə alıb.

"Report" xəbər verir ki, o, Norveç millisinin heyətində Millətlər Liqasının oyunu zamanı sıradan çıxıb.

Müayinə zamanı 25 yaşlı oyunçunun topuq bağlarından birində zədə aşkarlanıb.

"Topçular"ın baş məşqçisi Mikel Arteta futbolçusunun bir neçə ay yaşıl meydanlardan kənar qalmasından ehtiyat edir.

Qeyd edək ki, Martin Edeqor 2021-ci ildən "Arsenal"da çıxış edir.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr