AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən məktəbdə olub – FOTO

Sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva əvvəlcə məktəbin müəllimlərini salamlayıb, onlarla xatirə şəkli çəkdirib.

Sonra Biləsuvar rayonunun Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, burada 56 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi, tibb və əmək təlimi otaqları yaradılıb. Məktəbdə, həmçinin akt zalı, idman zalı və açıq idman meydançası inşa edilib.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri çərçivəsində ötən dövrdə inşa və təmir edilən məktəblər, o cümlədən Fondun təhsilin inkişafına yönəlik fəaliyyəti ölkəmizdə bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Yeni tədris ilində Biləsuvarda inşa olunan məktəb də şagirdlərin keyfiyyətli təhsil almasına yönələn daha bir layihədir.image-17266697693425732574_1200x630Daha sonra Leyla Əliyeva şəhid ailələrinin üzvləri, məktəbin şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib. Leyla Əliyevanı salamlayan Bəydili kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, məktəbin 1983-cü ildə inşa olunmuş binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşüb. Buna görə Heydər Əliyev Fondu tərəfindən Bəydili kənd orta məktəbi üçün yeni bina inşa olunub və bu tədris ilində istifadəyə verilib.

Yeddi korpusdan ibarət yeni məktəb binası 1400 şagird yerlikdir.

DOĞRU.AZ

image-17266697693035051439_1200x630 image-17266697693383714251_1200x630 image-17266697695866340580_1200x630 image-17266697696376131468_1200x630 image-17266697693406162539_1200x630 image-17266697691838152256_1200x630 image-1726669769205358154_1200x630 image-17266697695075413090_1200x630 image-17266697695531847846_1200x630 image-1726669769230950774_1200x630 image-17266697694254726418_1200x630 image-17266697693201959748_1200x630 image-17266697693724360246_1200x630 image-17266697695921462566_1200x630 image-17266697693401618307_1200x630 image-17266697695341265411_1200x630 image-1726669769613467153_1200x630 image-17266697693456642368_1200x630 image-17266697691690618106_1200x630 image-17266697693617029044_1200x630 image-17266697693472757712_1200x630 image-17266697695616937022_1200x630 image-17266697692747250631_1200x630 image-17266697692942862809_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
31
dogru.az

10Mənbələr