AZ

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İnsan Resursları Departamentinə yeni rəhbər təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Fəxri Əlişzadə təyinat alıb.

O, 2024-cü il may ayından 2024-cü ilin sentyabr ayına qədər müvəqqəti əvəzedici idi.

Fəxri Əlişzadə 2022-ci ilin iyunundan 2024-cü ilin aprel ayına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəis müavini kimi çalışıb.

Fəxri Əlişzadə Bakı Dövlət Universitetində "Hüquq” üzrə bakalavr dərəcəsinə, Azərbaycan Dövlət İqtisad Universitetində isə "Biznesin idarə edilməsi” üzrə magistr dərəcəsinə yiyələnib.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
anews.az

5Mənbələr