AZ

Türkiyə və ABŞ Suriya məsələsini müzakirə edib

Türkiyə

Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz ilə ABŞ Dövlət Departamentinin İnzibati işlər üzrə müşaviri, siyasi məsələlər üzrə müşavirin müavini və ABŞ-nın Ankaradakı keçmiş səfiri Con Bass arasında görüş keçirilib.

Reyting.az
xəbər verir ki, görüşdə Türkiyə Müdafiə Nzirliyinin və Milli Kəşfiyyat İdarəsinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı Suriyadakı münaqişənin həllində rol oynaya biləcək aktorlar arasında koordinasiyanın zəruriliyinə istinad olunub. Bundan əlavə, terror təşkilatına verilən dəstəyin uzunmüddətli risklərinə də diqqət çəkilib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan da ABŞ-nın Ankaradakı keçmiş səfiri Con Bassı Ankarada qəbul edib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
21
reyting.az

10Mənbələr