AZ

Azərbaycan neftinin qiyməti artıb, avro, lirə ucuzlaşıb, qızılın qiyməti azalıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,56% azalaraq 1 barelə görə 73,29 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,60% azalaraq 1 barelə görə 70,76 ABŞ dollarına enib.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,90 ABŞ dolları və ya 1,16% artaraq 77,01 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,17% azalaraq 2,391 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 18-də Avro 1.8905 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il sentyabrın 18-də Türkiyə lirəsi 0.0499 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il sentyabrın 18-də Rusiya rublu 0.0186 manat təşkil edib.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,13% azalaraq 2 605,5 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,1% azalaraq 31,11 ABŞ dollarına bərabər olub.

  •  
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
18
fins.az

10Mənbələr