AZ

Türkiyənin Pakistana tekstil ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Pakistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz artaraq, 81 milyon 504 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Pakistana 13 milyon 112 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 85,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 6 milyon 216 min 164 dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 799 min 686 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 9 milyon 490 min 98 dollar məbləğində tekstil məhsulları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
11
turkic.world

10Mənbələr