AZ

Qətər Ukraynaya artilleriya tədarükü ilə bağlı məlumatı şərh etdi

"Qətər Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir və ölkənin hərbiləşdirilməsində iştirak etmir". 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

O, əmirliyin Ukraynaya özüyeriyən artilleriya qurğuları verməsi ilə bağlı məlumatlara belə reaksiya verib.

"Biz ilk gündən bu münaqişənin sülh yolu ilə həllində maraqlı olduğumuzu bildirdik. Hazırda biz hər iki tərəf arasında vasitəçilik səylərində iştirak edirik və açıq-aydın belə bir münaqişənin hərbiləşdirilməsində iştirak etmirik", deyə əl-Ənsari Dohanın Berlinlə silah müqaviləsində iştirakı ilə bağlı iddiaları şərh edərkən bildirib.

Xatırladaq ki, bir gün əvvəl, sentyabrın 16-da "Bild” qəzeti yazıb ki, Almaniya hökuməti Qətərə 100 milyon avrodan bir qədər artıq məbləğdə silah satışına icazə verib. Nəşrin məlumatına görə, bu vəsaitin böyük hissəsi RCH 155 təkərli qaubitsaların alınmasına sərf olunacaq. 

Qəzet mənbələrinin iddiasına görə, Qətər bunun müqabilində Almaniyada təmirə ehtiyacı olan mövcud 24 Panzerhaubitze (PzH) 2000 özüyeriyən silahların yarısını Ukraynaya təhvil verəcək.

Öz növbəsində, dünən, sentyabrın 16-da Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın yaxın iki ay ərzində Almaniyadan altı PzH 2000 alacağını təsdiqləyib. Nazir qeyd edib ki, ümumilikdə Berlin Ukrayna Silahlı Qüvvələrinə 12 belə qurğu ötürmək niyyətindədir. 

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
qaynarinfo.az

2Mənbələr