AZ

Məsud Pezeşkian ABŞ-a gedəcək

İran prezidenti Məsud Pezeşkian ABŞ-a gedəcək. O, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 22-də yola düşəcək.

Publika.az bu barədə "Mehr" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Pezeşkian çıxışında İranın bir sıra məsələlərlə bağlı fikir və mövqelərinə toxunacaq.

Müxtəlif ölkələrin yüksək rütbəli rəsmiləri, eləcə də ABŞ-da yaşayan iranlılarla görüşlər də nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
2
publika.az

10Mənbələr