AZ

İran prezidenti ABŞ-a gedir 

İran prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün bazar günü Nyu-Yorka səfər edəcək. 

Yenisabah.az İran KİV-nə istinadən xəbər verir ki, Məsud Pezeşkian çərşənbə axşamı BMT Baş Assambleyasının sessiyasında çıxış edərək, İslam Respublikasının müxtəlif məsələlərlə bağlı fikir və mövqelərini ifadə etməyə hazırlaşır. 

Pezeşkianın bir sıra görüşləri, o cümlədən Amerika Birləşmiş Ştatlarında yaşayan iranlılarla görüşü də planlaşdırılır.  socar vakansiya

Onun müxtəlif dövlətlərin yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri də gözlənilir. 

BMT Baş Assambleyasının 79-cu sessiyası (UNGA 79) 24 sentyabr 2024-cü il tarixində açılacaq. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
yenisabah.az

10Mənbələr