AZ

“Barselona”nın zədəli futbolçusu məşqləri bərpa edib

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq tədricən sıraya qayıdır.

Futbolinfo.az xəbər verir ki, niderlandlı futbolçu artıq komanda ilə məşqləri qismən bərpa edib.

De Yonq iyunda zədələnmişdi. Buna görə də, o, nəinki mövsümün startını buraxdı, hətta Niderland millisinin yarımfinala yüksəldiyi Avropa çempionatında komandaya kömək edə bilmədi.

27 yaşlı futbolçunun maaşının azaldılması səbəbindən müqaviləni yeniləməkdən imtina etməsi halında, gələn yay komandanı tərk biləcəyi ilə bağlı söz-söhbətlər var. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
futbolinfo.az

2Mənbələr