AZ

Rusiyanın hücumu daha çətin və bahalı olur - General

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatdan sonra rus işğalçılar öz qüvvələrini Ukraynadan Kurska köçürməyə məcbur olurlar.

Turkustan.az xəbər verir ki, bu barədə DV nəşri ABŞ ordusunun istefada olan general-mayoru Qordon Deyvisin sözlərinə istinadən məlumat yayıb.

Onun fikrincə, Kursk əməliyyatı Ukrayna Silahlı Qüvvələrinə rus ordusunun hücumunu ləngitməyə və tükəndirməyə imkan verəcək, Qərb isə Rusiya ərazisinə raket zərbələri endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

“Ukrayna Kursk vilayətində ələ keçirilən əraziləri nəzarətdə saxlamaqla, döyüş meydanında itkilər və nailiyyətlər arasında siyasi və hərbi balansı qorumağa çalışacaq ki, bu da Rusiyanın Ukrayna ərazisinə irəliləyişini daha çətin və bahalı edəcək. Kursk hücumu Ukrayna üçün yaxşı addım olsa da, ukraynalıların Kursk istiqamətində öz mövqelərini nə qədər saxlaya biləcəkləri böyük sual olaraq qalır”, - ekspert bildirib./axar.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
turkustan.az

10Mənbələr