AZ

Rumıniyada 5,5 bal gücündə zəlzələ baş verib

Rumıniyanın Vrancea seysmik zonasında 5,5 bal gücündə zəlzələ baş verib, yeraltı təkanlar Buxarestdə də hiss olunub.

Oxu24.com xəbər verir  ki, bu barədə  Rumıniyanın Agerpres agentliyi məlumat yayıb.

“Yer Fizikası üzrə Milli Elmi-Tədqiqat İnstitutunun yaydığı məlumatlara görə, bazar ertəsi saat 17.40-da Buzau rayonunda (Vrancea seysmik zonası) və Buxarestdə 5,5 bal gücündə zəlzələ baş verib”, - agentliyin açıqlamasında bildirilir.

Ukrayna mətbuatı yazır ki, Odessa və Ukraynanın Dnepropetrovsk vilayətində 5,3 bal gücündə zəlzələ hiss olunub.

Bir gün əvvəl Rumıniya da daxil olmaqla bir sıra Avropa ölkələrini vuran “Boris” siklonu bir neçə regionda güclü daşqınlara səbəb olub. Səlahiyyətlilər evsiz qalanlar üçün ərzaq və müvəqqəti yaşayış da daxil olmaqla humanitar yardım təchizatları təşkil edib.

Bundan əvvəl Kamçatka sahillərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
50
oxu24.com

10Mənbələr