AZ

Pezeşkian: İran və Rusiya güclü iqtisadi əlaqələr qurub

İran prezidenti Məsud Pezeşkian İran və Rusiya tərəfləri arasında güclü iqtisadi əlaqələrin olduğunu bildirib.

O, bunu iranlı və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

“Rusiya bizim qonşumuzdur. Bizim bir-birimizlə əla iqtisadi əlaqələrimiz var”, – TASS onun sözlərindən sitat gətirir.

Onun sözlərinə görə, Kazanda keçiriləcək BRİKS sammiti kimi forumlar Tehranla Moskva arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək.

Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali ölkədə MIR ödəniş sisteminin işə başlama vaxtını açıqlamışdı.

Mənbə TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
dogru.az

2Mənbələr