AZ

Meyvə şirəsindən görün nə çıxdı

Bakıda fəaliyyət göstərən şərab evlərindən birindən alınan meyvə şirəsi şok yaradan hadisə ilə yadda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, meyvə şirəsini evə gətirib açdıqda içərisində naməlum və iyrənc bir maddə aşkar edib. Bu mənzərə onun və ailəsinin ciddi narahatlığına səbəb olub.

Hadisə ilə bağlı alıcı bildirib ki, məhsulun istehsal tarixi hələ keçməyib. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi İlkin Kərimov bildirdi ki, bu cür hallar olduqda şikayətçi agentliyin "qaynar xətti"nə məlumat verməlidir. Daha sonra şikayət qeydə alınır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
15
bakivaxti.az

10Mənbələr