AZ

“Aqroservis”in sədri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyəcək

“Aqroservis”in

Bakı, 16 sentyabr, AZƏRTAC

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə heyətinin sədri Mehman Veysəlov Cəlilabadda vətəndaşların müraciətlərini dinləyəcək.

AZƏRTAC xəbər verir ki, Mehman Veysəlov vətəndaşlarla sentyabrın 20-si, saat 10:00-da Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında görüşəcək.

Qəbulda Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vətəndaşların müraciətləri cavablandırılacaq, digər məsələlərin həlli ilə bağlı tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-15) zəng edərək qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyəti təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
azertag.az

2Mənbələr