AZ

Trampa növbəti sui-qəsd cəhdi: Hadisəni törədənlər seçkilərin gərgin keçməsinə çalışırlar -ŞƏRH

ABŞ-da sabiq preizdent və prezidentliyə namizəd Donald Tramp sui-qəsdə uğrayıb.
 Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı ona atəş açılıb. Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb. 

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, bu Amerika Birləşmiş Ştatlarında prezidentliyə əsas namizədlərdən biri olan Donald Trumpa qarşı ikinci sui-qəsd cəhdidir:

“Əsas məqam birinci və ikinci sui-qəsd arasındakı əlaqədir. Bəzi məlumatlara görə sui-qəsd bir mərkəzdən idarə olunur və ABŞ-da prezident seçkilərinin gərgin keçməsinə hesablanıb. Çünki Donald Trump ABŞ siyasətinin ziddiyyətli fiqurudur. Ona görə də sui-qəsdi törədən şəxslər prezident seçkilərinin gərgin keçməsinə çalışırlar. Hazırda ABŞ-ni narahat edən prezident seçkilərinə kənardan müdaxilələrin olmasıdır. İndi də sözügedən sui-qəsd hadisəsinin xarici xidmət orqanları tərəfindən təşkil olunduğuyla bağlı fikirlər mövcuddur. Digər tərəfdən isə ola bilər ki, Donald Trumpın öz tərəfdarları onun reytinqini qaldırmaq üçün bu hadisəni həyata keçirib. Amma belə sui-qəsd hadisələrinin ABŞ-da hansısa namizədin nüfuzunun qalxmasına kömək edəcək amil deyil. Ümumilikdə isə ABŞ-də prezidentliyə namizədlərin təhlükəsizliyi tam şəkildə təmin olunmur”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
sherg.az

10Mənbələr