AZ

İki bölgədə 6 terrorçu məhv edilib

İki

İraqın şimalındakı Asos bölgəsində 4 PKK terrorçusu, Fərat Qalxanı bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) yaydığı məlumatda bildirilib: “Təhlükəsizlik qüvvələrimiz terroru mənbəyində məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlarını davam etdirir.

Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Asos bölgəsində müəyyən edilən 4 PKK terrorçusunu, Fərat Qalxanı bölgəsində isə 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.

Seçilən
0
50
xalqcebhesi.az

10Mənbələr