AZ

Şəhid xanımını və 3 uşağını vurub qaçdılar - Azərbaycanda

Şəhid xanımını və 3 uşağını vurub qaçdılar - Azərbaycanda

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Cəlilabadda baş verən qəzada şəhidin xanımı xəsarət alıb.

Hadisə yeni Ələt-Astara magistralının 99-cu kilometrliyində Cəlilabad rayonu ərazisində baş verib.

Gülnar Abdullayevaya məxsus 77 RY052  nömrəli "Hunday-Sonata" markalı avtomobil hərəkətdə olarkən, ötmə əməliyyatı aparan digər nəqliyyat vasitəsi tərəfindən vurulub. Vurulan avtomobil yol qoruyucularına çırpılıb.

Qəza vəziyyəti yaradan nəqliyyat vasitəsi isə hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, xanım sürücü şəhid Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparır.

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1482
9
milli.az

10Mənbələr