AZ

İşəgötürən ƏMAS altsistemində elektron məzuniyyət zamanı texniki səhvə yol verərsə, proses necə tənzimlənir?

Satışı davam edən “ƏMAS Platforması: A-da Z-yə” (II nəşr) kitabından seçməTəcrübədə rast gəlinən hallardan biri də ƏMAS-da elektron məzuniyyət əmrlərinin hazırlanması zamanı texniki səhvlərə yol verilməsidir. Təbii ki, digər sənədlərdə olduğu kimi, elektron məzuniyyət əmrlərinin imzalanması həyata keçirildiyi üçün düzəlişlərin aparılmasına yol verilmir. Öncəki səhifələrdə qeyd etdiyimiz kimi, ƏMAS alstistemində əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam verilməsi bildirişlərinin olması məcburi öhdəlik kimi hesab edilir. Elektron məzuniyyət əmrlərinin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericiliyin tələbi hesab edilmir. İşəgötürən elektron əmək məzuniyyətində texniki problemin aradan qaldırılması üçün dövlət qurumuna müraciət edərsə, o zaman dövlət qurumu tərəfindən həmin xətanın silinib-silinməməsi ilə bağlı məsələyə toplanmış sənədlər əsasında 15 gün müddətində baxılır. Proses zamanı əlavə araşdırma tələb olunarsa, müddət daha 15 gün uzadıla bilər. Amma işəgötürən həmin texniki problemin aradan qaldırılmasını gözləməyə, digər məzuniyyət əmrlərini elektron və ya kağız formada hazırlayaraq prosesi həyata keçirə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
mks.az

1Mənbələr