AZ

Rusiyada 50-dən çox yanğın BAŞLADI: Minlərlə yanğınsöndürən qarşısını ala bilmir

Bu gün səhər saatlarından etibarən Rusiyanın Rostov vilayətində onlarla yanğın hadisəsi qeydə alınıb.

Musavat.com Rusiya mətbuatına əsasən xəbər verir ki, vilayətin qubernatoru Vasili Qolubev ən çətin vəziyyətin yanğının binalara keçdiyi Morskoy Çulek fermasında olduğu, ərazidən 20 nəfərin təxliyə edildiyini deyib.

Qubernator bildirib ki, günün əvvəlindən operativ dispetçer xidmətləri regionda 50-dən çox yanğın hadisəsini qeydə alıb. Yanğınsöndürənlər, o cümlədən Aksay, Neklinovski və Kamenski rayonlarında yanğınları söndürürlər: “Ən çətin vəziyyət Morskoy Çulek fermasındadır, burada yanğın nəticəsində doqquz ev və beş yardımçı tikili zərər görüb, 20 nəfər təxliyə edilib”.

Həmçinin Rostov vilayətinin Aksai rayonunda səkkiz ev yanır. Kamenski rayonunun Svetlıy kəndində isə 7 qeyri-yaşayış binası yanıb. Aksai şəhəri, Tolpinski zolağı, 7 ünvanında tikinti materialları olan anbarda yanğın 1,5 min kvadratmetr ərazini əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınsöndürənlər həmçinin Rostov-na-Donuda Don çayının sol sahilində 1,5 min kvadratmetr sahədə qamışlıq yanğını söndürürlər.

Dövlət Yol Müfəttişliyindən verilən məlumata görə, yanğından yaranan güclü tüstü səbəbindən Levoberejnaya küçəsinin Donun sol sahilində yerləşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Aksai rayonunda Zadonye SNT-də baş verən yanğın ot örtüyündən 15 fərdi evə keçib. Yanğının ümumi sahəsi 6 min kvadratmetrdir.

Qolubevin sözlərinə görə, yanğının söndürülməsinə 2 mindən çox insan və 300-ə yaxın texnika cəlb olunub.

Qubernator qeyd edib ki, güclü külək və elektrik xətlərinin üst-üstə düşməsi, həmçinin yanğınla ehtiyatsız davranma Rostov vilayətinin bir neçə yaşayış məntəqəsində landşaft yanğınlarına səbəb olub.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
15
musavat.com

10Mənbələr