AZ

Ronaldo infeksiyaya yoluxub

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının Əl-Nəsr komandasının hücumçusu Kriştiano Ronaldo virusa yoluxub.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə X komandasının səhifəsində məlumat verilir.

Mənbənin məlumatına görə, 39 yaşlı futbolçu sentyabrın 9-da özünü pis hiss edib. Nəticədə o, Asiya Çempionlar Liqasında İraqın Əl-Şorta komandası ilə oyuna komanda ilə birlikdə uçmayıb.

"Əl-Nasr" - "Əl-Şorta" matçı sentyabrın 16-da keçiriləcək. Görüş Bakı  vaxtı ilə saat 20:00-da başlayacaq.

Ronaldo beşqat “Qızıl top”un sahibidir. Onun adına beş Çempionlar Liqası qələbəsi, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları var. Futbolçu Portuqaliya millisi ilə birlikdə 2016-cı ilin Avropa çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı, 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
35
oxu24.com

10Mənbələr