AZ

17 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 15-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınmış Əziz Əzizovun müraciətinə baxılıb.

Hafta.az xəbər verir ki, bu barədə MSK-nın və Ekspert qrupunun üzvü Fuad Cavadov bildirib.

Onun sözlərinə görə, namizəd səsvermə günü dairənin 10 seçki məntəqəsində pozuntuların baş verdiyini iddia edib.

"Onun iddiaları, təqdim etdiyi sənədlər araşdırılarkən 23 saylı Seçki Dairəsinin yalnız 17 saylı məntəqəsində müəyyən qanun pozuntuları aşkarlanıb. Beləliklə, şikayətçinin müraciəti qismən təmin edilib, 17 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib” ,- deyə Ekspert qrupunun üzvü əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
hafta.az

10Mənbələr