AZ

Direktorlarını “Yaşa Azərbaycan” musiqisi ilə yola saldılar - FOTO-VİDEO

Bu günlərdə Şəki-Zaqatala bölgəsinin 16 məktəbində drektorların rotasiya qaydasında yerdəyişməsi həyata keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə yerdəyişmə aparılan təhsil ocaqlarından birinin rəhbəri, beş ilə yaxın 17 nömrəli məktəbə rəhbərlik edən Gülnarə Nəsibova şəhər 5 nömrəli məktəbə drektor təyin edilib.

Ötən gün 17 nömrəli məktəbdə keçmiş drektorun kollektivlə görüşü keçirilib. Yolasalma mərasimində müəllim kollektivi, texniki heyət eləcə də valideynlər iştirak edib.
Keçmiş direktorlarını qapıya qədər alqışlarla yola salan kollektiv məktəbin həyətində daha bir kreativ addım ataraq “Yaşa Azərbaycan” musiqisi ilə göz yaşlarına qərq olan direktorlarını rəqsə dəvət edib və hamılıqla rəqs ediblər.

Şəkinin 17 nömrəli məktəbində baş verən bu kreativ yolasalma ölkəmizin təhsil həyatında yeni bir ənənənin bünövrəsini qoymaqla yanaşı, həm də örnək hadisə kimi yaddaşlara həkk olunub.











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
bizim.media

4Mənbələr