AZ

Zimbabvedə 200 fil öldürüləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zimbabve hakimiyyəti misli görünməmiş quraqlıq və bununla bağlı qida çatışmazlığı səbəbindən 200 fili öldürmək istəyir. Eyni zamanda, tədbir sürətlə artan heyvan populyasiyasının azaldılmasına yönəldilib.
Oxu.Az xəbər verir ki, bu barədə rg.ru məlumat yayıb
Ölkənin Ekologiya Nazirliyinin hesablamalarına görə, burada ehtiyac olduğundan daha çox fil var. Bununla əlaqədar hökumət təbiət parkının (ZimParks) mütəxəssislərinə heyvanların kəsilməsinə başlamağı əmr edib.
Mütəxəssislərin hesablamalarına görə, Zimbabvedə 100 min fil yaşayır. Ölkə bu heyvanların sayına görə Botsvanadan sonra ikinci yerdədir.
Hökumət heyvanların kəsilməsinin su təchizatındakı problemləri azaldacağına və quraqlıqdan aclıq çəkən minlərlə insanı ətlə təmin edəcəyinə ümid edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
oxu.az

10Mənbələr