AZ

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Danışıqlar prosesi nəticəsində Kursk vilayətində əsir götürülmüş 103 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsiri təhvil verilib”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Departament qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri rus əsgərlərinin Ukrayna əsirliyindən geri qaytarılmasında vasitəçi kimi çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
45
qafqazinfo.az

10Mənbələr