AZ

Mbappe 22 gündə 7 matçda oynaya bilər

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe qarşıdakı 22 gün ərzində Madrid komandasında 7 oyun keçirə bilər.

90deqiqe.Az "AS"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Los Blancos"un qarşıdakı matçlarında yaxşı formada olmaq üçün əla fürsət əldə edəcək. Fransalı futbolçu 22 gün ərzində “kral klubu”nun heyətində 7 matçda meydana çıxa bilər.

“Real Madrid” La Liqada “Real Sosyedad”, “Espanyol”, “Alaves”, “Atletiko Madrid” və “Vilyarreal”, Çempionlar Liqasında isə “Ştutqart” və “Lill”lə qarşılaşacaq.

Xatırladaq ki, Kilian Mbappe bu mövsüm İspaniya çempionatında "Real Madrid"in heyətində 4 oyun keçirib və iki qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
20
90deqiqe.az

10Mənbələr