AZ

Kənd təsərrüfatı heyvanlarının sığortasına maraq - 2 DƏFƏ AZALIB

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar və ödənişlər  artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- iyul aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 213 min manat təşkil edib.

 Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 397 min manat və ya 2,2 dəfə azdır.

2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 2 milyon 610 min manat təşkil edib.

Bu növ sığorta ödənişləri isə 752 min manat təşkil edib ki, bu da illik müqayisədə 101 min manat və ya 16% çoxdur. 2023-ci ilin eyni dövründə  651 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik 62% olub. Bu da illik müqayisədə 37% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 25% idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
3
fed.az

4Mənbələr