AZ

"Araz-Naxçıvan" "Kəpəz"i məğlub ETDİ

Misli Premyer Liqasında milli komandaların oyunlarına görə yaranan 11-12 günlük fasilə bu gün başa çatıb.

"Unikal" 
xəbər verir ki, çempionatın 6-cı turu bu gün baş tutan bir oyunla start götürüb.

"Araz-Naxçıvan"la "Kəpəz" Mərdəkanda münasibətlərinə aydınlıq gətiriblər. Görüşün taleyini ikinci hissədə vurulan 1 qol həll edib. Gəncəliləri matça çıxaran Azər Bağırov "Kəpəz"dəki debüt oyununda sabiq komandasına uduzub. 
"Araz-Naxçıvan" bu qələbə sayəsində xallarını 10-a çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Kəpəz" isə sonuncu yerdə qalıb.

Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
unikal.az

10Mənbələr