Misli Premyer Liqasında milli komandaların oyunlarına görə yaranan 11-12 günlük fasilə bu gün başa çatıb.
"Unikal" xəbər verir ki, çempionatın 6-cı turu bu gün baş tutan bir oyunla start götürüb.
"Araz-Naxçıvan"la "Kəpəz" Mərdəkanda münasibətlərinə aydınlıq gətiriblər. Görüşün taleyini ikinci hissədə vurulan 1 qol həll edib. Gəncəliləri matça çıxaran Azər Bağırov "Kəpəz"dəki debüt oyununda sabiq komandasına uduzub.
"Araz-Naxçıvan" bu qələbə sayəsində xallarını 10-a çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Kəpəz" isə sonuncu yerdə qalıb.
Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта