AZ

Putin Azərbaycanlı xanımı səfir təyin etdi - FOTO

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli jurnalist İradə Zeynalovanı səfir təyin edib. SİA TASS-a istinadən xəbər verir ki, Putin bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, İ.Zeynalova Rusiyanın Mavrikidə səfiri təyin edilib.

O bu vəzifədə Konstantin Klimovskiyi əvəz edəcək.

Qeyd edək ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı, anası milliyətcə rusdur. Uzun illər Rusiya mediasında aparıcı və jurnalist olaraq çalışan İ.Zeynalova 2022-ci ildə Rusiya XİN-in Diplomatiya akademiyasında təhsil aldığını açıqlayıb. O, cari ilin may ayında akademiyadan məzun olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
6
sia.az

10Mənbələr