AZ

Karlos Sayns: "Titul uğrunda hələ də mübarizə aparmağımız təəccübləndiricidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İlin ortasını yaxşı keçirməməyimizə baxmayaraq, titul uğrunda mübarizəni davam etdiririk"
Oxu.Az xəbər verir ki, bunu "Ferrari" komandasının pilotu Karlos Sayns Azərbaycan Qran-prisinin startı ərəfəsində deyib.
Mövsümün sonuna səkkiz mərhələ qalmış onun komandası Mühəndislər Kuboku uğrunda mübarizədə "Red Bull"dan 39 xal geri qalır.
"Komandanın mövsümün üçdəbirini Monako və Monza arasında necə keçirdiyini nəzərə alsaq, hələ də titul uğrunda mübarizə aparmağımız məni təəccübləndirir. Mövsümün ilk üçdəbirində güclü, ikinci üçdə birində uğursuz olduq və indi də final üçdəbirinə daxil oluruq. İlin ortasını yaxşı keçirmədik, amma yenə də titul uğrunda mübarizəni davam etdiririk. Bakıda sözümüzü deməyə çalışacağıq", - deyə Sayns bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
oxu.az

10Mənbələr